Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Musayevin itkin düşməsi ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.Baş Prokurorluqdan bildirilib ki, Musayevin sentyabrın 26-da xidmət yerində olmadığı müəyyənləşdikdən sonra onun axtarışına başlanılıb. Axtarış tədbirləri zamanı hərbi qulluqçunun hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib və toplanan materiallar əsasında cinayət işi başlanıb.Sonradan Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.Hazırda onun Ermənistanda saxlanılması və hadisənin digər hallarının aydınlaşdırılması üçün Azərbaycanın aidiyyəti dövlət qurumları ilə qarşı tərəfin müvafiq qurumları arasında təmaslar davam etdirilir.

