Baş Prokurorluq hərbi xidmətə çağırışla bağlı qanun pozuntularına dair araşdırmanın nəticələrini açıqlayıb
Ötən il ərzində Prokurorluq orqanları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qanunvericiliyin tələblərinin pozulması faktları üzrə ümumilikdə 78 material üzrə araşdırma aparılıb. Həmin materiallardan 12-si üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və 13 şəxs məhkəmə məsuliyyətinə verilib. Habelə, 15 material üzrə digər təsir tədbirləri tətbiq olunub, qalan materiallar üzrə isə hazırda araşdırma davam etdirilir. 2024-cü ildə prokurorluq orqanlarında bu kateqoriya məlumatlarla bağlı 18 material üzrə araşdırma aparılaraq, 1 halda cinayət işi başlanıb, digər materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
url:
http://www.kepezfm.az/xeberler/ba%C5%9F-prokurorluq-h%C9%99rbi-xidm%C9%99t%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9Fla-ba%C4%9Fl%C4%B1-qanun-pozuntular%C4%B1na-dair-ara%C5%9Fd%C4%B1rman%C4%B1n