Bakı Dialoqunun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayımlanıb
2026-cı il oktyabrın 7-dən 10-dək Bakıda keçirilən IV Beynəlxalq Konfransın yekununda qəbul edilmiş Bəyannamə BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.Sənəddə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, ailələrin məlumat almaq hüququnun təmin edilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı mühüm müddəalar yer alıb.Bəyannamədə, həmçinin itkin düşmüş şəxslər probleminin həlli üçün xüsusi beynəlxalq mexanizmin yaradılmasına dəstək göstərilməsi çağırışı əksini tapıb. Sənəddə Bakı Dialoqunun bu istiqamətdə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi üçün əhəmiyyətli platformaya çevrildiyi vurğulanıb.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1-dialoqunun-b%C9%99yannam%C9%99si-bmt-nin-r%C9%99smi-s%C9%99n%C9%99di-kimi-yay%C4%B1mlan%C4%B1b

