Bakı-Qazax yolunda TIR aşıb, yanacaq yola dağılıb
Hacıqabulun Padar kəndi ərazisində Ağdaş sakini, Cümşüd Yusifli idarə etməni itirərək TIR-ı aşırıb. Nəticədə avtomobilin yanacaq çəni deşilib. Yanacaq yola axıb. Magistral yol müvəqqəti bağlanıb. Qəzanın fəsadları aradan qaldırılıb, yolda hərəkət bərpa olunub.
url:
http://www.kepezfm.az/xeberler/bak%C4%B1-qazax-yolunda-tir-a%C5%9F%C4%B1b-yanacaq-yola-da%C4%9F%C4%B1l%C4%B1b