Bakı və Naxçıvanda ölümlə nəticələnən qəza baş verib
Bakının Binəqədi rayonunda yük avtomobili minik avtomobilini əzib. Aşan yük maşını yol kənarında hasarı da dağıdıb. Hadisə nəticəsində yük maşının sürücüsü 1975-ci il təvəllüdlü Asif Dünyamalıyev ölüb. Şərurun Xanlıqlar kəndində isə Vətən Əhmədovun idarə etdiyi avtomobil yol kənarında dayanan, yük maşınına çırpılıb. Nəticədə sürücü ağır yaralanıb, sərnişin Sevda Əhmədova isə hadisə yerində ölüb. Fakt araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/bak%C4%B1-v%C9%99-nax%C3%A7%C4%B1vanda-%C3%B6l%C3%BCml%C9%99-n%C9%99tic%C9%99l%C9%99n%C9%99n-q%C9%99za-ba%C5%9F-verib