Bakı və Sumqayıtda oğurluq edənlər yaxalanıblar
Bakının Nərimanov rayonu ərazisində evlərin birindən 2000 manat dəyərində santexnik avadanlıqları oğurlanıb. Əməli törədən paytaxt sakinləri Hacırəhim Rəhimov və Valeh Əsgərov saxlanılıblar. Sumqayıtda isə bir nəfərin bank kartından 396 manat pulunu oğurlayan Telman Əliyarov da tutulub. Araşdırma aparılır.
url:
http://www.kepezfm.az/xeberler/bak%C4%B1-v%C9%99-sumqay%C4%B1tda-o%C4%9Furluq-ed%C9%99nl%C9%99r-yaxalan%C4%B1blar