Bakıda əşyalarını eyvandan küçəyə atan qadın müəyyən edilib
Fövqəladə Hallar Nazirliyinə bir nəfərin Bakının Nərimanov rayonunda yerləşən doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil olub. Xilasedicilər hadisə yerinə cəlb ediliblər. 1983-cü il təvəllüdlü Nazilə Bədirova aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.
url:
http://www.kepezfm.az/xeberler/bak%C4%B1da-%C9%99%C5%9Fyalar%C4%B1n%C4%B1-eyvandan-k%C3%BC%C3%A7%C9%99y%C9%99-atan-qad%C4%B1n-m%C3%BC%C9%99yy%C9%99n-edilib