Bakıda bir ailənin 6 üzvü qidadan zəhərlənib
Bakının Xəzər rayonun Binə qəsəbəsində bir ailənin 6 üzvü qidadan zəhərlənib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 2-si qadın, 1-i kişi olan 3 nəfər Sabunçu Tibb Mərkəzinə, 3 uşaq isə Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri stabil qiymətləndirilir.
url:
http://www.kepezfm.az/xeberler/bak%C4%B1da-bir-ail%C9%99nin-6-%C3%BCzv%C3%BC-qidadan-z%C9%99h%C9%99rl%C9%99nib