Bakıda Din Xadimlərinin II Forumu keçirilir

Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu öz işinə başlayıb. Forumun məqsədi "Konstitusiya və Suverenlik İli" çərçivəsində dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsidir. Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycanda din siyasəti dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara əsaslanır. Tolerantlıq hər bir azərbaycanlının mənəvi dünyasına həkk olunmuş həyat tərzidir. Azərbaycanın bu gün tətbiq etdiyi dövlət-din münasibətləri modeli milli sərvətdir. Tolerantlıq və multikulturalizm şərəfli keçmiş olduğu qədər, həm də parlaq və firavan gələcəyin zəmanətidir.

url: 
http://kepezfm.az/xeberler/bak%C4%B1da-din-xadiml%C9%99rinin-ii-forumu-ke%C3%A7irilir
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik