Bakıda işçilərin iş saatını az göstərən hazırlıq kursu ilə bağlı cinayət işi başlanılıb
Bakıda vətəndaşların əmək hüquqlarının pozulmasına dair araşdırmalar aparılıb. Hazırlıq kurslarının vəzifəli şəxsi tərəfindən işçilərin əməkhaqqının azaldılması məqsədilə iş saatlarının faktiki olduğundan daha az göstərilərək rəsmi sənədə yalan məlumat daxil edilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.
url:
http://www.kepezfm.az/xeberler/bak%C4%B1da-i%C5%9F%C3%A7il%C9%99rin-i%C5%9F-saat%C4%B1n%C4%B1-az-g%C3%B6st%C9%99r%C9%99n-haz%C4%B1rl%C4%B1q-kursu-il%C9%99-ba%C4%9Fl%C4%B1-cinay%C9%99t-i%C5%9Fi-ba%C5%9Flan%C4%B1l%C4%B1b