Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının qalibi bu gün müəyyənləşəcək. A Divizionunun finalında İspaniya və Çexiya yığmaları qarşılaşacaq. Görüş saat 18:00-da Bakı Kristal Zalında başlayacaq. B, C, D, E və F divizionlarda da final oyunları keçiriləcək. Turnir Çexiya-İspaniya qarşılaşmasından sonra təşkil olunacaq mükafatlandırma və bağlanış mərasimi ilə başa çatacaq.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1da-ke%C3%A7iril%C9%99n-fifa-u-15-d%C3%BCnya-%C3%A7empionat%C4%B1n%C4%B1n-qalibi-bu-g%C3%BCn-m%C3%BC%C9%99yy%C9%99nl%C9%99%C5%9F%C9%99c%C9%99k

