Bakıda narkopriton aşkarlanıb, 5 nəfər saxlanılıb
Polisin keçirdiyi əməliyyatla Bakının Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.Narkotik vasitələrin istifadəsinə şərait yaradan ev sahibi, əvvəllər də məhkum olunmuş 48 yaşlı Elşən Əsədullayev, 37 yaşlı Anar Əliyev, 50 yaşlı Rəhman Cəbrayılov, 48 yaşlı Seymur Mirzəyev və 46 yaşlı Namiq Həsənov saxlanılıb.Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.Faktla bağlı araşdırmalar davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1da-narkopriton-a%C5%9Fkarlan%C4%B1b-5-n%C9%99f%C9%99r-saxlan%C4%B1l%C4%B1b

