Bakıda oğurladıqları avtomobili Ağcabədiyə aparan şəxslər saxlanılıb
Bakının Xəzər rayonundan “VAZ-2107” markalı avtomobil oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Əyyar Əliyev, Elgiz Hacızadə və Rafiq Məmmədli saxlanılıblar. Onlar avtomobili Ağcabədi rayonuna aparıblar. Nəqliyyat vasitəsi rayon ərazisində sökülmüş vəziyyətdə tapılıb. Araşdırmalar davam etdirilir.
url:
http://www.kepezfm.az/xeberler/bak%C4%B1da-o%C4%9Furlad%C4%B1qlar%C4%B1-avtomobili-a%C4%9Fcab%C9%99diy%C9%99-aparan-%C5%9F%C9%99xsl%C9%99r-saxlan%C4%B1l%C4%B1b