Bakıda Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsi imzalanıb
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası çərçivəsində Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsi imzalanıb. Sənəd üzv ölkələr arasında humanitar əməkdaşlığı, bilik və təcrübə mübadiləsini, fövqəladə hallara koordinasiyalı reaksiya imkanlarının artırılmasını və regional həmrəyliyin möhkəmləndirilməsini nəzərdə tutur. İclasda həmçinin 2026-cı il üçün strateji “yol xəritəsi” təqdim olunub ki, bu da Türk dünyasında humanitar həmrəyliyi gücləndirəcək və fövqəladə hallara çevik müdaxilə imkanı yaradacaq.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1da-t%C3%BCrk-q%C4%B1z%C4%B1l-aypara-%C5%9F%C9%99b%C9%99k%C9%99si-b%C9%99yannam%C9%99si-imzalan%C4%B1b

