Bakıda tarixi abidələrin rənglənməsi və beton qatının kəsilməsi faktları aşkarlanıb
Bakının Səbail rayonunda yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsinə müdaxilə olunduğu aşkar olunub. Obyektin sahibi tərəfindən fasad hissəsində rənglənmə işlərinin aparıldığı müəyyən edilib. Həmçinin Nəsimi rayonunda yerləşən memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı aşkarlanıb. Hər iki faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.
url:
http://www.kepezfm.az/xeberler/bak%C4%B1da-tarixi-abid%C9%99l%C9%99rin-r%C9%99ngl%C9%99nm%C9%99si-v%C9%99-beton-qat%C4%B1n%C4%B1n-k%C9%99silm%C9%99si-faktlar%C4%B1-a%C5%9Fkarlan%C4%B1b