Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs həbs olunub
Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan 1963-cü il təvəllüdlü Hicran Şeyxov tutulub. O zərərçəkənlərə dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək külli miqdarda pullarını ələ keçirib. Barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://www.kepezfm.az/xeberler/bak%C4%B1da-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1-i%C5%9F%C9%99-d%C3%BCz%C9%99ltm%C9%99k-ad%C4%B1-alt%C4%B1nda-aldadan-%C5%9F%C9%99xs-h%C9%99bs-olunub