BDYPİ avtonömrələrin onlayn satışı ilə bağlı xəbərdarlıq etdi
Sosial şəbəkələrdə və bəzi onlayn platformalarda avtomobil nömrələrinin fantastik qiymətlərlə satışa çıxarılması halları artıb. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu cür elanlar qanunsuzdur və dələduzluq əlaməti daşıyır. Araşdırmalar çox vaxt satışa çıxarılan nömrələrin başqa şəxslərin adına rəsmiləşdirildiyini üzə çıxarır. Qanunvericiliyə görə, dövlət nömrə nişanı yalnız avtomobillə birlikdə alıcıya təqdim oluna bilər.
url:
http://kepezfm.az/xeberler/bdypi-avton%C3%B6mr%C9%99l%C9%99rin-onlayn-sat%C4%B1%C5%9F%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-x%C9%99b%C9%99rdarl%C4%B1q-etdi

