Beynəlxalq axtarışda olan 4 nəfər Rusiyadan Azərbaycana gətirilib
Beynəlxalq axtarışa verilən 4 nəfər Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluqdan bildirilib. Həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
url:
http://kepezfm.az/xeberler/beyn%C9%99lxalq-axtar%C4%B1%C5%9Fda-olan-4-n%C9%99f%C9%99r-rusiyadan-az%C9%99rbaycana-g%C9%99tirilib