Beynəlxalq qurumlara kütləvi məzarlıqlarla bağlı hesabatlar təqdim olunacaq
Beynəlxalq qurumlara və məhkəmələrə işğaldan azad olunan ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarla bağlı hesabatlar təqdim olunacaq. Məzarlıqlardan tapılan insan qalıqları üzərində işgəncə faktlarına rast gəlinir. Ombudsman Səbinə Əliyeva qeyd edib ki, bu günə qədər 18 beynəlxalq meyara cavab verən hesabatlar beynəlxalq qurumlara və məhkəmələrə təqdim olunub.
url:
http://www.kepezfm.az/xeberler/beyn%C9%99lxalq-qurumlara-k%C3%BCtl%C9%99vi-m%C9%99zarl%C4%B1qlarla-ba%C4%9Fl%C4%B1-hesabatlar-t%C9%99qdim-olunacaq