Binəqədidə ev yanıb, ölən və xəsarət alan var
Bakının Binəqədi rayonunda birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları yanıb. Yanğın yerində 1 nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
url:
http://kepezfm.az/xeberler/bin%C9%99q%C9%99did%C9%99-ev-yan%C4%B1b-%C3%B6l%C9%99n-v%C9%99-x%C9%99sar%C9%99t-alan-var

