Birinci Qarabağ şəhidləri dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhidləri Qurban Ramazan oğlu Göyüşov - Ağdamın Quzanlı qəsəbəsində, Qılman Surxay oğlu Hacıyev Bərdədə, Zibeydə Əhmədova Xocalıda dəfn olunublar. Vida mərasimində şəhidin doğmaları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
url:
http://kepezfm.az/xeberler/birinci-qaraba%C4%9F-%C5%9F%C9%99hidl%C9%99ri-d%C9%99fn-olunub

