Birinci Qarabağ şəhidləri dəfn olunublar
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhidləri - Hidayət Vəliyev və Dadaş Dadaşov Bərdədə, Yolçu Məmmədov Şəmkirin Seyfəli kəndində, Nofəl Əsgərov Gəncədə dəfn olunublar. Vida mərasimində şəhidin doğmaları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
url:
http://kepezfm.az/xeberler/birinci-qaraba%C4%9F-%C5%9F%C9%99hidl%C9%99ri-d%C9%99fn-olunublar-1

