BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayır
BMT Baş Assambleyasının 81-ci sessiyası bu gün təşkilatın Nyu-Yorkdakı qərargahında işə başlayır.Tədbirlərdə 100-dən çox dövlət və 46 hökumət başçısının iştirakı gözlənilir.Gündəliyə iqlim fəaliyyəti, dəniz səviyyəsinin yüksəlməsi, pandemiyalara hazırlıq və nüvə silahlarının ləğvi ilə bağlı məsələlər də daxildir.Sessiya 2027-ci il sentyabrın 7-dək davam edəcək. Sentyabrın 22-dən isə etibarən yüksək səviyyəli ümumi müzakirələr keçiriləcək.BMT-nin yeni baş katibinin seçilməsi də qarşıdakı dövrün əsas hadisələrindən biri olacaq.
url:
http://kepezfm.az/xeberler/bmt-ba%C5%9F-assambleyas%C4%B1n%C4%B1n-81-ci-sessiyas%C4%B1-%C3%B6z-i%C5%9Fin%C9%99-ba%C5%9Flay%C4%B1r

