BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır
Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib. Qonaq BMT-nin faktaraşdırıcı missiyasının artıq Azərbaycanda olduğunu və səmərəli müzakirələr apardığını, COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirildiyini qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür.
url:
http://www.kepezfm.az/xeberler/bmt-nin-faktara%C5%9Fd%C4%B1r%C4%B1c%C4%B1-missiyas%C4%B1-az%C9%99rbaycandad%C4%B1r