Boksçularımız bu gün Avropa çempionatında qızıl üçün döyüşəcəklər
Azərbaycanın iki boksçusu bu gün Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatının final görüşlərində mübarizə aparacaq. 50 kiloqram çəki dərəcəsində Bilalhəbaşi Nəzərov türkiyəli, 70 kiloqramda Nicat Alırzayev isə gürcüstanlı rəqibi ilə qarşılaşacaq. Hər iki idmançımız finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
url:
http://kepezfm.az/xeberler/boks%C3%A7ular%C4%B1m%C4%B1z-bu-g%C3%BCn-avropa-%C3%A7empionat%C4%B1nda-q%C4%B1z%C4%B1l-%C3%BC%C3%A7%C3%BCn-d%C3%B6y%C3%BC%C5%9F%C9%99c%C9%99kl%C9%99r

