Bu gün Şuşa və Trabzon şəhərləri qardaşlaşacaq
Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri qardaş şəhər elan olunub.Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, bununla Şuşanın qardaş şəhərlərinin sayı 10-a çatıb. A.Kərimov deyib ki, bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq. Şuşa şəhərinə isə bu il köç olmayacaq. Xüsusi nümayəndə qeyd edib ki, Şuşanın Turşsu qəsəbəsində bu il bərpa və quruculuq işlərinə baxılacaq.Həmçinin, Daşaltı kəndi turizm kəndi kimi fəaliyyət göstərəcək, inşası bu il başlayacaq.
url:
http://kepezfm.az/xeberler/bu-g%C3%BCn-%C5%9Fu%C5%9F-v%C9%99-trabzon-%C5%9F%C9%99h%C9%99rl%C9%99ri-qarda%C5%9Fla%C5%9Facaq

