Bu gün AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq
Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Püşkatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.
url:
http://www.kepezfm.az/xeberler/bu-g%C3%BCn-avro-2024-%C3%BCn-final-m%C9%99rh%C9%99l%C9%99sinin-p%C3%BC%C5%9Fk%C3%BC-at%C4%B1lacaq