"Bu gün Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli ölkələrə çevrilib" Prezident İlham Əliyev

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub. Ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub. Prezident İlham Əliyev İrakli Kobaxidze ilə birgə mətbuata bəyanatlarla çıxışında Gürcüstan və Azərbaycanın iki müstəqil dövlət kimi daim bir-birinin yanında olduğunu, bütün dövrlərdə bir-birinin ərazi bütövlüyünü dəstəkləyən açıqlamalar verdiyini, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birini dəstəklədiyini deyib. Prezident İlham Əliyev Azərbaycan və Gürcüstanın Avrasiya üçün önəmli ölkələrə çevrildiyini də diqqətə çatdırıb. Prezident İlham Əliyevin İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü də keçirilib.

url: 
http://www.kepezfm.az/xeberler/bu-g%C3%BCn-az%C9%99rbaycan-v%C9%99-g%C3%BCrc%C3%BCstan-avrasiya-%C3%BC%C3%A7%C3%BCn-d%C9%99-%C3%B6n%C9%99mli-%C3%B6lk%C9%99l%C9%99r%C9%99-%C3%A7evrilib-prezident-ilham
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik