Bu gün Konfrans və Avropa Liqasında 1/4 final oyunları var
Bu gün saat 23.00-da UEFA Avropa Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək. Almaniyada "Frayburq" İspaniyanın "Selta" klubunu qəbul edəcək. Portuqaliyada "Portu" İngiltərənin "Nottinqem Forest" komandası ilə üz-üzə gələcək. İtaliyada isə "Bolonya" və "Aston Villa" kollektivləri qarşılaşacaq. UEFA Konfrans Liqasında da 1/4 finalın ilk oyunları baş tutacaq. Saat 20:45-də "Rayo Valyekano" AEK-i qəbul edəcək. Saat 23:00-da isə "Şaxtyor" Niderlandın AZ klubu ilə qarşılaşacaq. "Kristal Pelas" "Fiorentina"nı sınağa çəkəcək, "Maynts 05" isə "Strasburq"la münasibətlərinə aydınlıq gətirəcək.
url:
http://kepezfm.az/xeberler/bu-g%C3%BCn-konfrans-v%C9%99-avropa-liqas%C4%B1nda-14-final-oyunlar%C4%B1-var

