Bu gün Novruzun ikinci – Od çərşənbəsi qeyd olunur. Qədim inanclara görə, od müqəddəslik və təmizlik rəmzidir. Od çərşənbəsində tonqal qalayaraq alovun üzərindən tullanmaq insanın daxili ağırlıqlardan, azar-bezardan təmizlənməsi kimi qəbul edilir.Ənənəyə əsasən, bu gün ocaqlar yanmalı, qazanlar qaynamalıdır. Yandırılan tonqal isə ilin isti və bərəkətli keçəcəyinə işarə sayılır.Yel çərşənbəsi martın 10-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq. Yaz fəsli martın 20-si saat 18:45:53-də ölkəmizə daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd ediləcək. Həmçinin Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək bildirib ki, bayram tonqalı yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Tonqal tikili, avtomobil, elektrik naqili və ağaclardan kənarda qalınmalı, azyaşlılar böyüklərin nəzarətində saxlanılmalıdır.Tonqal üzərindən atılarkən ehtiyatlı olmaq, ocaq tam sönənədək nəzarətdə saxlamaq və şamları nəzarətsiz qoymamaq tövsiyə edilir. FHN xüsusilə küləkli hava şəraitində tonqal qalanmasının təhlükəli olduğunu xatırladaraq, vətəndaşları diqqətli olmağa çağırıb.Çərşənbəniz mübarək!

