Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 64 yaşı tamam olur. İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. O, dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və elə həmin institun müəllimi olub. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 2003-cü il oktyabrın 15-də Prezident seçkilərində seçicilərin 76 faizindən çoxunun səsini toplayaraq ilk dəfə Azərbaycanın prezidenti seçilib. Daha sonra 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də və 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev seçicilərin etimadını qazanaraq səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Cənab Prezidenti doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!

url: 
http://kepezfm.az/xeberler/bu-g%C3%BCn-prezident-ilham-%C9%99liyevin-do%C4%9Fum-g%C3%BCn%C3%BCd%C3%BCr
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik