Bu gündən Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır
Bu gündən Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır. Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən içlasının qərarı rəsmi dərc olunub. Təqvim planına əsasən, 2024-cü il yanvarın 15-dən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Proses fevralın 6-sı saat 8-də dayandırılacaq.
url:
http://www.kepezfm.az/xeberler/bu-g%C3%BCnd%C9%99n-az%C9%99rbaycanda-prezidentliy%C9%99-namiz%C9%99dl%C9%99rin-ir%C9%99li-s%C3%BCr%C3%BClm%C9%99sin%C9%99-ba%C5%9Flan%C4%B1l%C4%B1r