Bu il uşaq bağçalarının tərbiyəçiləri üçün sertifikasiya imtahanı keçirilməyəcək
Bu il uşaq bağçalarında çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, yalnız diaqnostik qiymətləndirilmə olacaq. Proses yay aylarında və bir mərhələdə, elektron formada keçiriləcək. 2025-ci ildə mərhələli şəkildə sertifikasiya prosesinə başlanılacaq. 2026-cı ilə qədər isə 17 minə yaxın tərbiyəçi sertifikasiyadan keçəcək.
url:
http://www.kepezfm.az/xeberler/bu-il-u%C5%9Faq-ba%C4%9F%C3%A7alar%C4%B1n%C4%B1n-t%C9%99rbiy%C9%99%C3%A7il%C9%99ri-%C3%BC%C3%A7%C3%BCn-sertifikasiya-imtahan%C4%B1-ke%C3%A7irilm%C9%99y%C9%99c%C9%99k