Bu ilin 3 ayı ərzində dövriyyədən çıxarılan narkotikin məbləği açıqlanıb
2026-cı ilin yanvar–mart ayları ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan əməliyyatlar nəticəsində ümumilikdə 75 milyon 978 min manatlıq narkotik dövriyyədən çıxarılıb.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatına görə, ümumilikdə 1044 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 13-ü xarici ölkə vətəndaşıdır.Bundan əlavə, qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsi ilə bağlı 44 fakt aşkarlanıb və bu istiqamətdə ümumilikdə 759 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb.
url:
http://kepezfm.az/xeberler/bu-ilin-3-ay%C4%B1-%C9%99rzind%C9%99-d%C3%B6vriyy%C9%99d%C9%99n-%C3%A7%C4%B1xar%C4%B1lan-narkotikin-m%C9%99bl%C9%99%C4%9Fi-a%C3%A7%C4%B1qlan%C4%B1b

