Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri növbədənkənar prezident seçkiləri ilə bağlı Fransada səs veriblər
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri növbədənkənar prezident seçkiləri ilə bağlı Fransada səs veriblər. Parisdə təlim-məşq toplanışında iştirak edən cüdoçular səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsində səsvermə hüququndan istifadə ediblər. Səsverməyə Fransada yaşayan və müvəqqəti ezam olunan Azərbaycan vətəndaşları da qatılıblar. Ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva seçicilərin gün ərzində fəal olmasından danışıb.
url:
http://www.kepezfm.az/xeberler/c%C3%BCdo-%C3%BCzr%C9%99-az%C9%99rbaycan-milli-komandas%C4%B1n%C4%B1n-%C3%BCzvl%C9%99ri-n%C3%B6vb%C9%99d%C9%99nk%C9%99nar-prezident-se%C3%A7kil%C9%99ri-il%C9%99-ba%C4%9Fl%C4%B1