Cəbrayılın Horovlu kəndində dağıdılmış kəhrizlər bərpa edilib
Cəbrayılın Horovlu kəndində işğal dövründə dağıdılmış Əsgər, Şığı, Orta, Gülqasım və Xəlifə kəhrizləri bərpa olunub. Bərpa prosesi barədə məlumatı mediatur zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndəsi İlhamiyyə Rzayeva verib. Qeyd olunub ki, kəndin su təminatının bir hissəsi məhz bu kəhrizlər vasitəsilə həyata keçiriləcək. Horovluda ümumilikdə 334 fərdi ev, məktəb, bağça, park və sosial obyektlər inşa edilib, kənd tam müasir infrastruktura malikdir.
url:
http://kepezfm.az/xeberler/c%C9%99bray%C4%B1l%C4%B1n-horovlu-k%C9%99ndind%C9%99-da%C4%9F%C4%B1d%C4%B1lm%C4%B1%C5%9F-k%C9%99hrizl%C9%99r-b%C9%99rpa-edilib

