Cəlilabadda məktəbdə aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Cəlilabadın Xəlilli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Təhsil müəssisəsində 2019-2023-cü illər ərzində tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və ya israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə cinayət işi başlanıb.
url:
http://www.kepezfm.az/xeberler/c%C9%99lilabadda-m%C9%99kt%C9%99bd%C9%99-a%C5%9Fkar-edilmi%C5%9F-qanunsuzluqlarla-ba%C4%9Fl%C4%B1-cinay%C9%99t-i%C5%9Fi-ba%C5%9Flan%C4%B1b