Cənubi Koreyada Azərbaycan prezidenti seçkiləri ilə bağlı səsvermə başa çatıb

Növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar ölkəmizin Koreyadakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başa çatıb. Yerli vaxtla səhər saat 8-də, Bakı vaxtı ilə 3-də başlayan səsvermə saat 14-də yekunlaşıb. Növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. Yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq.

url: 
http://www.kepezfm.az/xeberler/c%C9%99nubi-koreyada-az%C9%99rbaycan-prezidenti-se%C3%A7kil%C9%99ri-il%C9%99-ba%C4%9Fl%C4%B1-s%C9%99sverm%C9%99-ba%C5%9F-%C3%A7at%C4%B1b
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik