Cey Di Vens: İran təhdid yaratsa, ABŞ hərəkətə keçəcək

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İran nüvə proqramını yenidən bərpa edər, regionu təhdid edər və ya terrorizmi maliyyələşdirərsə, Vaşinqton hərbi variant da daxil olmaqla müxtəlif addımlar ata bilər. ABŞ və İran arasında texniki məsləhətləşmələr davam edir, lakin yekun nəticələr barədə danışmaq hələ tezdir. İran Prezidenti Məsud Pezeşkian isə hökumətin ali rəhbərliyin qərarlarına tam tabe olduğunu vurğulayıb və silahlı qüvvələrin gücləndirilməsinin prioritet olduğunu bildirib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da İsrailə qarşı mübarizənin davam edəcəyini bəyan edib.İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi isə bildirib ki, ölkənin mərhum ali rəhbəri Əli Xameneinin qisası alınacaq.Hörmüz boğazı ABŞ Mərkəzi Komandanlığına deyil, İranın nəzarətinə daxildir. O vurğulayıb ki, regionda təhlükəsizlik yalnız xarici hərbi qüvvələrin çıxarılması və bölgə ölkələrinin suverenliyinə hörmət əsasında təmin oluna bilər. Bu arada, Qətər və Pakistanın vasitəçiliyi ilə Dohada İran və ABŞ nümayəndələri arasında keçirilən ayrı-ayrı danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Tərəflər müzakirələrin davam etdirilməsi və operativ əlaqə kanalının yaradılması barədə razılığa gəliblər.

url: 
http://kepezfm.az/xeberler/cey-di-vens-iran-t%C9%99hdid-yaratsa-ab%C5%9F-h%C9%99r%C9%99k%C9%99t%C9%99-ke%C3%A7%C9%99c%C9%99k
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik