Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisinin baş direktoru ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumunda iştirak edən BMT-nin Cenevrə Ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.Görüşdə Azərbaycan-UNOG əməkdaşlığı, regional məsələlər, iqlim dəyişiklikləri və iqtisadi inkişaf müzakirə olunub. Azərbaycanın BMT çərçivəsində fəal iştirakı, COP-29 və Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi vurğulanıb.Bölgədə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və Yaxın Şərqdəki gərginlik də müzakirə mövzusu olub.
url:
http://kepezfm.az/xeberler/ceyhun-bayramov-bmt-nin-cenevr%C9%99d%C9%99ki-ofisinin-ba%C5%9F-direktoru-il%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb-0

