Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.Tərəflər Yaxın Şərqdə artan hərbi gərginliyi müzakirə edib, regional və qlobal təhlükəsizlik üçün riskləri vurğulayıblar. Humanitar hüquqa riayət olunmasının və məsələlərin diplomatik yollarla həllinin vacibliyi qeyd edilib.Pakistan tərəfi həmçinin Pakistan–Əfqanıstan sərhədindəki son vəziyyət barədə məlumat verib.Nazirlər Azərbaycan–Pakistan strateji tərəfdaşlığının perspektivlərini də nəzərdən keçiriblər.
url:
http://kepezfm.az/xeberler/ceyhun-bayramov-pakistanl%C4%B1-h%C9%99mkar%C4%B1-il%C9%99-yax%C4%B1n-%C5%9F%C9%99rqd%C9%99ki-g%C9%99rginliyi-m%C3%BCzakir%C9%99-edib

