Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Murat Nurtleu telefon zəngində strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan və Qazaxıstan arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edilib. Strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
url:
http://www.kepezfm.az/xeberler/ceyhun-bayramov-qazax%C4%B1stanl%C4%B1-h%C9%99mkar%C4%B1-il%C9%99-strateji-t%C9%99r%C9%99fda%C5%9Fl%C4%B1q-m%C3%BCnasib%C9%99tl%C9%99rini-m%C3%BCzakir%C9%99-edib