Ceyhun Bayramov: "TDT çərçivəsində iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik vacibdir"

Qəbələdə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısındakı çıxşında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov təşkilata üzv dövlətlərlə iqtisadi əməkdaşlıqdan danışıb: “Əməkdaşlığımızın daha məzmunlu və dayanıqlı xarakter alması üçün iqtisadi potensialımızı gücləndirməli, təşkilat üzvləri arasında qarşılıqlı investisiyaları və ticarəti inkişaf etdirməliyik. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər Avropa və Asiya arasında körpü rolunu oynayır və Orta Dəhlizin ayrılmaz parçası olaraq böyük imkanlara malikdir”.Təhlükəsizlik məsələlərinə də toxunan Ceyhun Bayramov əlavə edib:“Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişi son dərəcə vacibdir. Azərbaycanın Ermənistan ilə münasibətlərinin normallaşma prosesi regionda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb”.

url: 
http://kepezfm.az/xeberler/ceyhun-bayramov-tdt-%C3%A7%C9%99r%C3%A7iv%C9%99sind%C9%99-iqtisadi-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1q-v%C9%99-regional-t%C9%99hl%C3%BCk%C9%99sizlik-vacibdir
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik