Ceyhun Bayramov: TDT-yə üzv dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma: 21 əsrdə Türk Dövlətləri Təşkilatı ” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib. Nazir, TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil etdiyini vurğulayıb. Əməkdaşlığımızın müxtəlif, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadi, investisiyalar və digər istiqamətlər üzrə gücləndirilməsinin beynəlxalq sistemdəki mövcud təlatümlərə qarşı dayanıqlılığımızın möhkəmləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
url:
http://www.kepezfm.az/xeberler/ceyhun-bayramov-tdt-y%C9%99-%C3%BCzv-d%C3%B6vl%C9%99tl%C9%99rl%C9%99-%C9%99laq%C9%99l%C9%99rin-m%C3%B6hk%C9%99ml%C9%99ndirilm%C9%99si-az%C9%99rbaycan%C4%B1n-xarici