Ceyhun Bayramov UNESCO-nun Baş konfransının 43-cü sessiyasında çıxış edib

Azərbaycan azad edilmiş ərazilərdə mədəni irsin genişmiqyaslı bərpasını həyata keçirir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqənddə UNESCO-nun Baş konfransının 43-cü sessiyasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan ərazilərinin təxminən otuzillik hərbi işğalı (Ermənistan tərəfindən - red.) abidələrin, dini obyektlərin, muzeylərin və tarixi abidələrin dağıdılması, mənimsənilməsi və ya onlara qarşı etinasızlıq da daxil olmaqla mədəni irsə (Qarabağ və Şərqi Zəngəzur - red.) ciddi ziyan vurub. O vurğulayıb ki, Azərbaycan bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparır: "Bu ərazilərin azad edilməsindən sonra hökumət üçün prioritetlərdən biri abidələrin bərpası və qorunması olub. Bundan əlavə, mina və partlamamış sursatların mövcudluğu mütəxəssislər və yerli əhali üçün təhlükə yaradır, obyektlərə girişi məhdudlaşdırır və dağıdılmış mədəni irsin bərpasını ləngidir. Azərbaycan UNESCO-nun əsas prinsiplərini qorumağa və dəstəkləməyə davam edəcək"-deyə o bildirib.

url: 
http://kepezfm.az/xeberler/ceyhun-bayramov-unesco-nun-ba%C5%9F-konfrans%C4%B1n%C4%B1n-43-c%C3%BC-sessiyas%C4%B1nda-%C3%A7%C4%B1x%C4%B1%C5%9F-edib
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik