Cibgirlik edən şəxs saxlanıldı
Paytaxtın Nəsimi rayonunda ictimai nəqliyyatda bir şəxsin “iPhone” markalı mobil telefonu oğurlanıb.Polisin keçirdiyi əməliyyatla cibgirlikdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Məmmədov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun Yasamal rayonu ərazisində də oxşar cinayətlər törətdiyi müəyyən edilib.
url:
http://kepezfm.az/xeberler/cibgirlik-ed%C9%99n-%C5%9F%C9%99xs-saxlan%C4%B1ld%C4%B1

