Conni Dep “Şərq ekspresində qətl” filmində oynayacaq

Conni Dep “Şərq ekspresində qətl” filmində oynayacaq

Aqata Kristinin “Şərq ekspresində qətl” romanı əsasında çəkiləcək 2-ci filmin aktyor heyəti formalaşmağa başlayır.
Filmdə “Karib dənizinin quldurları” çoxseriyalı filminin baş rol ifaçısı Conni Depin də yer alacağı dəqiqləşib. O, “Ratçet” rolunu oynayacaq.
Filmin rejissoru Kennet Branaq, ssenaristi isə Maykl Qrin olacaq. Branaq həm də dedektif “Poirot” obrazını canlandıracaq.
“Şərq ekspresində qətl”in digər aktyorları Mişel Pfeiffer, Deysi Ridli, Cudi Denç, Lusi Boynton, Tom Bitmen, Derek Yakobi, Maykl Peņa və Lesli Odom olacaq.
Yaxın Şərqdən istiqamətlənən bir qatarda baş verən cinayətdən bəhs ediləcək filmin çəkilişləri bu ilin noyabrında başlayacaq və gələn ilin noyabrında təqdim ediləcək.
Aqata Kristinin “Şərq ekspresində qətl” romanı əsasında ilk film Sidney Lumet tərəfindən 1974-cü ildə çəkilib.
Ayşən Zeynallı

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq