COP29 Təşkilat Komitəsinin ilk iclası keçirilib, tapşırıqlar verilib
Bu həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi Azərbaycana texniki missiya göndərəcək. Bunu COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclasında Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib. O, dialoq şəraitində hazırlıq işlərinin aparılacağını bildirib. COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi vurğulanıb.
url:
http://www.kepezfm.az/xeberler/cop29-t%C9%99%C5%9Fkilat-komit%C9%99sinin-ilk-iclas%C4%B1-ke%C3%A7irilib-tap%C5%9F%C4%B1r%C4%B1qlar-verilib