Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxunub
Bakı Hərbi Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxunub.Hökmə əsasən, İlkin Qənbərov və Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, təqsirləndirilən şəxslər xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunublar.
url:
http://kepezfm.az/xeberler/d%C3%B6vl%C9%99t%C9%99-x%C9%99yan%C9%99t-etm%C9%99kd%C9%99-t%C9%99qsirl%C9%99ndiril%C9%99n-4-n%C9%99f%C9%99r%C9%99-h%C3%B6km-oxunub

