Dövlət Komitəsinin sədri: "İşğaldan azad edilmiş ərazilərdə yeni həyat keyfiyyəti yaradılır"
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə təkcə bərpa işi aparmır, həm də yeni həyat keyfiyyəti formalaşdırır. Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda artıq təxminən 90 min insan yaşayır, işləyir və təhsil alır. O, bu prosesin Suriya, Ukrayna və digər ölkələr tərəfindən də maraqla qarşılandığını qeyd edib.
url:
http://kepezfm.az/xeberler/d%C3%B6vl%C9%99t-komit%C9%99sinin-s%C9%99dri-i%C5%9F%C4%9Faldan-azad-edilmi%C5%9F-%C9%99razil%C9%99rd%C9%99-yeni-h%C9%99yat-keyfiyy%C9%99ti-yarad%C4%B1l%C4%B1r

